İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib


Siyasət 22 May 2020 19:32:05 175 0

İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İspaniyanın Kralı VI Felipe ​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İlham Əliyev

İspaniyanın Kralı VI FelipeAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramının qeyd olunması münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz".