Bir müddətdir yoxa çıxan məşhur peyda oldu FOTO


Digərləri 22 May 2020 19:47:00 143 0

Bir müddətdir yoxa çıxan məşhur peyda oldu  FOTO

Sonuncu dəfə "Ufak Tefek Cinayetler" serialında rol alan aktrisa Aslıhan Gürbüz səhhətindən dolayı İstanbulu tərk etmişdi.

Son.az xəbər verir ki, dörd dəfə əməliyyat olunan kino ulduzu müalicəsini tamamlayıb. Təbiət qoynunda yeni həyata başlayan məşhur pərəstişkarlarının "Harada yaşayırsınız" sualına belə cavab verib:

"Bir suyun kənarında, bir ağacın altında, bir meşədə və ya xarabalığa yaxın bir adada: bu ölkənin bir küncündə, bir çoxunun hər gün keçdiyi amma görmədiyi və qiymətləndirmədiyi bir genişlik, uzunluq içində yaşayıram.

Yaşıl-mavi suyu və səmanı, ağacı-çiçəyi, quşu-yosunu görməyi sevirəm. Oyananda qarşı tərəfdəki evi yox, bir ağacı, evdən çıxdığım zaman alış-veriş mərkəzinə deyil, yola baxmağı sevirəm. Deməli, təbiəti sevirəm, harada olmağından asılı olmayaraq, görürsənsə və sevirsənsə, cənnətdəsən. Bu ölkənin cənnət kimi bir küncündən hər kəsə salamlar". (publika.az)