Bu il ADB aşağı gəlirli ölkələrə 260 milyon dollar ayırmağı planlaşdırır


İqtisadiyyat 22 May 2020 18:32:40 31 0

Bu il ADB aşağı gəlirli ölkələrə 260 milyon dollar ayırmağı planlaşdırır

ADB aprelin 13-də koronavirusla mübarizə çərçivəsində təsdiqlədiyi 20 milyard ABŞ dollarlıq dəstək paketi ilə üzvlərini dəstəkləməkdə davam edir.

Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şürasınınbu gün yeni koronavirus (COVID-19) pandemiyası şəraitində keçirilmiş ilk virtual illik toplantısında ADB-nin maliyyə hesabatlarını və 2019-cu il üzrəxalis mənfəətinin bölgüsünü təsdiqləyib.

Bu barədə “Report” Banka istinadənməlumat verir.

Bildirilir ki, bu təsdiq Rəhbərlər Şürasının 53-cü İllik Yığıncağının ilk mərhələsi olan rəhbərlər və ya ADB-nin 68 üzvündən təyin olunmuş nümayəndələri arasında keçirilən biznes-sessiyaçərçivəsində baş tutub.

İllik Toplantının ikinci mərhələsi sentyabrın 16-21-də Koreyanın İnçeon şəhərində rəhbər şəxslər və başqa hökumət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin təmsilçiləri, gənclər, akademik və media nümayəndələrinin iştirakı ilə baş tutacaq.

"Bizim prioritetimiz inkişaf etməkdə olan üzv ölkələrə COVID ‐ 19 pandemiyası ilə qarşılaşdıqları zaman əhəmiyyətli dəstək vermək və davamlı iqtisadi inkişafyoluna qaytarmaqdır. Sizin bu gün maliyyə hesabatlarını təsdiqlənməyiniz və xalis mənfəətin bölüşdürməyiniz bölgəmizdə milyonlarla insanın həyatına və iqtisadiyyatına təsir göstərən böyük problemlərin həlli üçün alətlər və maliyyə sabitliyimizə sahib olmağımızı təmin edir", - deyə ADB prezidenti Masatsugu Asakava yığıncaqdakı çıxışında bildirib.

"Bugünkü seçimlərimiz və səylərimiz mövcud səhiyyə və iqtisadi böhranların öhdəsindən gələ biləcəyimizi müəyyən edəcək. ADB bu böhranı fürsətə çevirməlidir. Bununla yanaşı, COVID-19 siyasət cavabları haqqında məlumat mübadiləsini artırmaqla və aşağı gəlirli ölkələrə və həssas qruplara dəstəyi genişləndirmək lazımdır", - deyə BankınRəhbərlər ŞürasınınSədri və Koreya Respublikasının Baş nazirin müavini və İqtisadiyyat və Maliyyə Naziri Hong Nam-Ki əlavə edib.

Rəhbərlər ŞürasıADB-nin 2019 ildə adi kapital ehtiyatlarından bank tarixində ən yüksək olan 1,07 milyard ABŞ dolları məbləğində xalis mənfəət ayırmaq barədə qərar qəbul etdi. Bu 2018-ci ilin rekord göstəricisindən 841,4 mln ABŞ dolları çoxdur.

Ayrılan xalis mənfəət aşağıdakı kimi bölüşdürüləcək:

Bu vəsaitin 615,7 milyon ABŞ dolları ADB-nin kapital adekvatlığını dəstəkləmək və xalis gəlir əldə etmək üçün qazanc bazası təmin etmək məqsədi ilə adi ehtiyata, 259,5 milyon ABŞ dolları ADB-nin aşağı gəlirli ölkələrinə qrant ayırmaq üçün yaradılan Asiya İnkişaf Fonduna, 130 milyon ABŞ dolları Texniki Yardım Xüsusi Fonduna ayrılıb. Hansı ki, bu Fond ADB-nin bir sıra texniki dəstək layihələri, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri üçün nəzərdə tutulub.

Bundan əlavə 30 milyon ABŞ dolları Regional Əməkdaşlıq və İnteqrasiya Fonduna, 24 milyon ABŞ dolları İqlim Dəyişməsi Fonduna və 10 milyon ABŞ dollarıAsiya-Sakit Okean Fəlakətlərinə Mübarizə Fonduna ayrılması nəzərdə tutulub.

Rəhbərlər Şürası tərəfindən təsdiq edilmişbankın illik maliyyə hesabatlarına əsasən,ADB-nin adi kapital qaynaqları üzrə ümumi əməliyyat gəlirləri 2018-ci ildə 889 milyon ABŞ dollardan 2019-cu ildə 1,1 milyard ABŞ dollaradək artıb. 2019-cu ilin xalis mənfəəti2018-ci ildəki 750 milyon ABŞ dollardan yüksələrək 1,55 milyard ABŞ dolları oldu.

ADB aprelin 13-də koronavirusla mübarizə çərçivəsində təsdiqlədiyi 20 milyard ABŞ dollarlıq dəstək paketi ilə üzvlərini dəstəkləməkdə davam edir.

Bank yardımın daha sürətli və çevik çatdırılması üçün əməliyyatların tənzimlənməsi üçün bir sıra tədbirləri təsdiq edib.

1966-cı ildə əsası qoyulan ADB-nin 68 üzvü var.

Azərbaycanda koronavirusa yoluxanlar arasında HAMİLƏ QADINLAR VAR like
  • 22 May 18:23  
Digərləri Azərbaycanda koronavirusa yoluxanlar arasında HAMİLƏ QADINLAR VAR

Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilə qadınlar var.

arrow Ətraflı
Nazirlər Kabineti: 24 milyondan artıq tibbi maska satışa çıxarılıb like
  • 22 May 18:20  
Siyasət Nazirlər Kabineti: 24 milyondan artıq tibbi maska satışa çıxarılıb

“Xüsusi karantin rejimi yumşaldılandan sonra&maskalara diqqət artıb”.

arrow Ətraflı
Koronavirusa qarşı 8 vaksinın insanlar üzərində yoxlanılmasına başlanıldı like
  • 22 May 18:19  
Digərləri Koronavirusa qarşı 8 vaksinın insanlar üzərində yoxlanılmasına başlanıldı

"Koronavirusa qarşı vaksinlə bağlı 100-dən çox iş görülür. 8 vak

arrow Ətraflı
“Mall”ların açılacağı gözlənilir like
  • 22 May 18:17  
Siyasət “Mall”ların açılacağı gözlənilir

“Növbəti yumşalma mərhələsində “mall”arın açılması gözlənilir

arrow Ətraflı
Prokurorluq: Oğuzda itkin düşmüş şəxsi ayının öldürdüyü ehtimal edilir like
  • 22 May 18:17  
Sosial Prokurorluq: Oğuzda itkin düşmüş şəxsi ayının öldürdüyü ehtimal edilir

Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il t

arrow Ətraflı
Pandemiya dövründə 10 mindən artıq vətəndaş dövlət hesabına Azərbaycana gətirilib like
  • 22 May 18:16  
Digərləri Pandemiya dövründə 10 mindən artıq vətəndaş dövlət hesabına Azərbaycana gətirilib

Pandemiya dövründə 10 mindən artıq vətəndaşın Azərbaycana gətirilməs

arrow Ətraflı
Onur Tuna İstanbuldakı azərbaycanlı tələbələrə kömək etdi like
  • 22 May 18:14  
Digərləri Onur Tuna İstanbuldakı azərbaycanlı tələbələrə kömək etdi

Türkiyəli aktyor Onur Tuna İstanbulda təhsil alan azərbaycanlı tələbəl

arrow Ətraflı
TƏBİB Naxçıvanda koronavirusa yoluxanların sayını açıqladı like
  • 22 May 18:12  
Sosial TƏBİB Naxçıvanda koronavirusa yoluxanların sayını açıqladı

“Gündəlik təqdim edilən rəqəmlərin içərisində Naxçıvan Muxtar Resp

arrow Ətraflı
Karantin müəssisələrinə həftədə 200500 arası vətəndaş qəbul edilə bilər like
  • 22 May 18:11  
Digərləri Karantin müəssisələrinə həftədə 200500 arası vətəndaş qəbul edilə bilər

Karantin müəssisələrinə həftədə 200-500 arası vətəndaş qəbul edilə

arrow Ətraflı
Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum oldu like
  • 22 May 18:10  
Digərləri Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum oldu

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında i

arrow Ətraflı
TƏBİB: Açıq havada belə toy keçirməyə icazə yoxdur like
  • 22 May 18:08  
Sosial TƏBİB: Açıq havada belə toy keçirməyə icazə yoxdur

“Toyların keçirilməsinin bərpası mümkün deyil. Bu kimi tədbirlərin a

arrow Ətraflı
Nazirlər Kabineti: Hərbi çağırışla bağlı məsələ müzakirə olunur like
  • 22 May 18:06  
Siyasət Nazirlər Kabineti: Hərbi çağırışla bağlı məsələ müzakirə olunur

“Hərbi çağırışla bağlı məsələ müzakirə olunur”

arrow Ətraflı
Hökumət: Xaricdən ölkəyə gəlmək istəyən vətəndaşların təxliyəsi ödənişlidir like
  • 22 May 18:06  
Siyasət Hökumət: Xaricdən ölkəyə gəlmək istəyən vətəndaşların təxliyəsi ödənişlidir

“Karantin rejiminin tətbiq edildiyi və xüsusən də uçuşların dayandır

arrow Ətraflı