Fransada bələdiyyə seçkilərinin ikinci turu iyunun 28də keçiriləcək


Dünya 22 May 2020 19:08:00 168 0

Fransada bələdiyyə seçkilərinin ikinci turu iyunun 28də keçiriləcək

Fransada bələdiyyə seçkilərinin ikinci turu iyunun 28-də keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Eduar Filipp deyib.

O bildirib ki, bununla bağlı qərar mayın 27-də prezident Emmanuel Makrona təqdim ediləcək.

Qeyd edək ki, Fransada bələdiyyə seçkilərinin birinci turu martın 15-də keçirilmişdi. İkinci tur həmin tarixdən bir həftə sonraya nəzərdə tutulsa da, koronavirus pandemiyası ilə bağlı seçkilər təxirə salınmışdı.