Pandemiya dövründə 10 mindən artıq vətəndaş dövlət hesabına Azərbaycana gətirilib


Digərləri 22 May 2020 18:16:00 113 0

Pandemiya dövründə 10 mindən artıq vətəndaş dövlət hesabına Azərbaycana gətirilib

Pandemiya dövründə 10 mindən artıq vətəndaşın Azərbaycana gətirilməsi dövlət hesabına həyata keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki,bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bundan sonra ölkəyə gətirilənlər öz hesablarına gələcəklər: "Çünki bu proses sona qədər dövlət hesabına aparıla bilməz. Bu vaxta qədər dövlət vətəndaşların ölkəyə gətirilməsi üçün bütün şəraiti yaradıb".