Rusiyadakı Azərbaycan vətəndaşları gələn həftə təxliyə olunacaq


Siyasət 22 May 2020 18:02:09 149 0

Rusiyadakı Azərbaycan vətəndaşları gələn həftə təxliyə olunacaq

“Rusiya-Azərbaycan sərhədində bizim vətəndaşlarımızın toplaşdığı barədə məlumatlar var. Bəli, bununla bağlı hər iki dövlət tərəfindən müvafiq iş aparılır”.

“Rusiya-Azərbaycan sərhədində bizim vətəndaşlarımızın toplaşdığı barədə məlumatlar var. Bəli, bununla bağlı hər iki dövlət tərəfindən müvafiq iş aparılır”.

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Qeyd olunduğu kimi mayın 19-da artıq ölkəmizə 120 nəfər keçirilib. Növbəti həftədə xüsusi reys vasitəsilə həmin vətəndaşların ölkəmizə təxliyəsi gözlənilir. Həmin şəxslər “Evə gedirəm” protalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bu, həm də onların təhlükəsizliyi üçün yaxşıdır”, - deyə İ.Məmmədov deyib.