Hindistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik etdi


Siyasət 22 May 2020 18:03:19 140 0

Hindistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik etdi

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind&Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.&

Ram Nat Kovind

Hindistan Respublikasının Prezidenti Ram Nat KovindAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında yaxın mədəni və tarixi əlaqələr mövcuddur ki, bu, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi niyyətimizdə özünü göstərir. Ümid edirəm ki, birgə səylərimiz çoxistiqamətli əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

COVID-19 pandemiyası bəşəriyyət üçün misli görünməmiş bir təhlükə yaradır. Hindistan bu xəstəliyə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətlə birgə fəaliyyət göstərməkdə davam edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".