Pulsuz sınaq imtahanlarında iştirak üçün qeydiyyatdan keçənlərin yazılış sayı 100 mini keçib


Digərləri 22 May 2020 17:54:00 117 0

Pulsuz sınaq imtahanlarında iştirak üçün qeydiyyatdan keçənlərin yazılış sayı 100 mini keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ödənişsiz həyata keçirilən onlayn sınaq imtahanlarına yazılış sayı 100 mini keçib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alınaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

Hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 34 585 istifadəçi tərəfindən 100 708 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Qeyd edək ki, portalda 4-cü sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür.