Koronavirusu 1 dəqiqəyə öldürən maska


Digərləri 22 May 2020 17:44:00 165 0

Koronavirusu 1 dəqiqəyə öldürən maska

ABŞ-ın İndiana Universitetinin alimləri nəm olarkən kiçik elektrik gərginliyi yaradan parçadan hazırlanmış maska nümayiş etdiriblər.

Son.az medicina.az-a istinadən xəbər verir ki, onlar bildiriblər ki, bir çox viruslar insan orqanlarına elektrostatistik qarşılıqlı fəaliyyətin köməyi ilə yapışır. Orqanizmə daxil olmaları üçün onların strukturu sabit qalmalıdır. Yeni tip maska ilə təmasda bu struktur məhv olur və yad elementlər məhv edilir.

Həmin araşdırmaya altı il zaman sərf edən alimlər supermaska ilə təmasda olan virusun orqanizmə yoluxma qabiliyyətinin bir dəqiqədən sonra tamamilə yox olduğunu müəyyən ediblər.