“Nissan” 20 mindən çox əməkdaşını ixtisar edə bilər


Digərləri 22 May 2020 17:39:00 115 0

“Nissan” 20 mindən çox əməkdaşını ixtisar edə bilər

Yaponiyanın "Nissan Motor" şirkəti 20 mindən çox əməkdaşını ixtisar edə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, koronavirus pandemiyası ilə əlaqədar şirkətin mənfəətinin kəskin azalması ilə bağlıdır.

Mütəxəssislər hesab edir ki, ilk növbədə ixtisar "Nissan"ın Avropa regionunda və inkişaf etmiş dövlətlərdəki müəssisələrinə toxuna bilər.

Bundan başqa, konsern Yaponiya ərazisində öz istehsalını restrukturizasiya etməyi planlaşdırır.