İranda daha 51 koronavirusdan ölüb


Dünya 22 May 2020 16:54:00 140 0

İranda daha 51 koronavirusdan ölüb

"İranda ötәn sutka әrzindә 51 nәfәr koronavirusdan (COVID19) ölüb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 7 300 nәfәrә çatıb.

Cahanpur әlavә edib ki, ötәn sutka әrzindә daha 2 311 nәfәrin koronavirusa yoluxması ilә İranda bu virusa yoluxanların sayı 131 652 nәfәrә yüksәlib. Onlardan 2 659 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 102 276 nәfәrin koronavirusdan sağaldığını deyib.