Azərbaycan XİN Pakistana başsağlığı verdi


Siyasət 22 May 2020 17:19:23 198 0

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi baş verən təyyarə qəzası ilə əlaqədar Pakistana başsağlığı verib

© Report — Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Pakistana başsağlığı verib.

“Report”unxəbərinə görə, başsağlığınazirliyin rəsmi “Twitter” səhifəsində yayılıb.

“Pakistanın Karaçi şəhəri yaxınlığındakı təyyarə qəzası bizi dərindən kədərləndirib. Ramazan ayında ölümlərə yol açan hadisənin baş verməsi bizi üzüb. Qəzada sevdiklərini itirənlərə və Pakistan xalqına baş sağlığı veririk. Allah yasda olan ailələrə güc versin”, - başsağlığında qeyd olunub.

Qeyd edək ki, bu gün Pakistanın Karaçi şəhəri yaxınlığında 107 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib.

We’re deeply saddened by plane crash near #Karachi in brotherly #Pakistan. The news on the deadly accident on the eve of Eid al-Fitr broke our hearts. Our deepest condolences to those who lost their loved ones & People of 🇵🇰. May Allah give enough strength to bereaved families. pic.twitter.com/pTtdsZsE3N

— MFA Azerbaijan🇦🇿 #StayHomeSaveLives #EvdəQal🇦🇿 (@AzerbaijanMFA) May 22, 2020