Azərbaycanlı cərrah koronavirusdan öldü


Digərləri 22 May 2020 17:12:00 190 1

Azərbaycanlı cərrah koronavirusdan öldü

Bu gün Azərbaycanda koronavirusdan ölənlərin sayı 2 nəfər olub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı keçirilən brifinqdə TƏBİB-in rəhbəri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, vəfat edənlərdən biri cərrah olub. 1962-ci il təvəllüdlü həkimin şəkərli diabet və digər xəstəlikləri olub. 

Ramil Bayramlı deyib ki, yoluxma nəticəsində onun ağ ciyərləri sıradan çıxıb və həyatını xilas etmək mümkün olmayıb. O vurğulayıb ki, bununla da Azərbaycanda koronavirusdan ölən tibb işçilərinin sayı 4-ə çatıb.