Azərbaycan Beynəlxalq Bankı daha 9 ailənin məşğulluğuna kömək göstərib


İqtisadiyyat 22 May 2020 17:00:00 43 0

Azərbaycan Beynəlxalq Bankı daha 9 ailənin məşğulluğuna kömək göstərib

Azərbaycan Beynəlxalq Bankı daha 9 ailənin məşğulluğuna kömək göstərib

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində həssas əhali qruplarına dəstəyini davam etdirməkdədir.

Ötən ay 3 aztəminatlı ailəyə kiçik sahibkarlıq müəssisəsi qurmaqdan ötrü lazımi avadanlıqlar alan bank daha 9 ailəyə bu istiqamətdə kömək göstərir. Alınacaq avadanlıqların sənədləri artıq ailələrə təqdim olunub. Belə ki, Bakının Binəqədi rayonunda məskunlaşmış məcburi köçkün Kamalov Laçın Fariz oğluna peşəkar foto xidməti ilə məşğul ola bilməkdən ötrü lazımi cihazlar alınacaq. Buzovnada yaşayan Nağıyev Cavid Xalis oğluna parket və taxta döşəmə cilalanması üçün lazımi avadanlıqlar təqdim ediləcək. Daha üç vətəndaşımız, Xətai rayonunda məskunlaşmış məcburi köçkün Səfərova Ruhiyyə Tahir qızı, Hövsan qəsəbəsi sakini Baxışova Səadət Cəmil qızı və Şirvan şəhərində yaşayan Qədirov Ramil Tələt oğlu isə Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi avadanlıq hesabına tekstil məhsullarının istehsalı ilə məşğul olacaqlar. Suraxanı rayon sakini Qəribova Mehriban Eldar qızı Bankın köməyi ilə əldə etdiyi avadanlıqlarla musiqi fəaliyyəti ilə məşğul olacaq. Abşeron rayonunda yaşayan Əliyev Uluyurd Nəbi oğlu, Gəncə şəhər sakinləri Həsənov Ramiz Faiq oğlu və Həbibov Anar Zaman oğlu Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi avadanlıqlarla yaşadıqları ərazidə “Playstation” salonu quraraq öz məşğulluqlarını təmin edə biləcəklər.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə bu proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Bank özünün Sahibkarlar Klubu xəttilə 50-dək aztəminatlı ailəyə kiçik biznes qurmaqda dəstək verəcək. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyən edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bakıda qaz xəttinə müdaxilə edənlər "Azəriqaz"ın əməkdaşlarına təzyiq göstəriblər like
  • 22 May 16:57  
Digərləri Bakıda qaz xəttinə müdaxilə edənlər "Azəriqaz"ın əməkdaşlarına təzyiq göstəriblər

Mayın 22-də günorta saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsi ər

arrow Ətraflı
“Atasığorta”nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib like
  • 22 May 16:56  
İqtisadiyyat “Atasığorta”nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

“Atasığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının

arrow Ətraflı
Oğuzda meşədə itkin düşmüş oğlanın meyiti tapıldı - FOTO - VİDEO - YENİLƏNİB like
  • 22 May 16:55  
Sosial Oğuzda meşədə itkin düşmüş oğlanın meyiti tapıldı - FOTO - VİDEO - YENİLƏNİB

Oğuzda itkin düşən oğlanın meyiti tapılıb.&Onu ayının parçaladığı

arrow Ətraflı
İranda daha 51 koronavirusdan ölüb like
  • 22 May 16:54  
Dünya İranda daha 51 koronavirusdan ölüb

"İranda ötәn sutka әrzindә 51 nәfәr koronavirusdan (COVID19) ölüb&

arrow Ətraflı
Teatr tariximizdə fəlsəfipsixoloji üslubun ustadı like
  • 22 May 16:49  
Kriminal Teatr tariximizdə fəlsəfipsixoloji üslubun ustadı

Azərbaycan teatr sənətinin yaranmasında, inkişafında, təbliğində müst

arrow Ətraflı
Afrikada COVID-19-dan ölənlərin sayı açıqlandı like
  • 22 May 16:46  
Dünya Afrikada COVID-19-dan ölənlərin sayı açıqlandı

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb like
  • 22 May 16:44  
Digərləri Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı
Gömrükçülər gücləndirilmiş iş rejimində çalışacaq like
  • 22 May 16:42  
İqtisadiyyat Gömrükçülər gücləndirilmiş iş rejimində çalışacaq

Gömrükçülər gücləndirilmiş iş rejimində çalışacaq

arrow Ətraflı
Dövlət Komitəsi: Oğuzda itkin düşən oğlanın ölümünü nəzarətdə saxlayırıq like
  • 22 May 16:41  
Sosial Dövlət Komitəsi: Oğuzda itkin düşən oğlanın ölümünü nəzarətdə saxlayırıq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Oğuzda itkin dü

arrow Ətraflı
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi - SİYAHI like
  • 22 May 16:40  
Siyasət İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi - SİYAHI

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilm

arrow Ətraflı
Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq like
  • 22 May 16:39  
Digərləri Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

"AMEA Dilçilik İnstitutu Azərbaycan dilində sözlərin düzgün tələf

arrow Ətraflı
Kamil Zeynallı nə vaxt azadlığa çıxacaq? like
  • 22 May 16:38  
Digərləri Kamil Zeynallı nə vaxt azadlığa çıxacaq?

Bu gün məşhur idmançı Kamil Zeynallı azadlığa çıxır.

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən saxlanıldı like
  • 22 May 16:33  
Kriminal Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən saxlanıldı

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxslərinin qanunsuz əm

arrow Ətraflı
"KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb  FOTO like
  • 22 May 16:30  
Digərləri "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ-Oğuz "KOB Dost

arrow Ətraflı