Pandemiya icbari sığorta növlərinə necə təsir edəcək?


İqtisadiyyat 22 May 2020 16:02:20 49 0

Pandemiya icbari sığorta növlərinə necə təsir edəcək?

İkinci rübün sonuna Azərbaycanda icbarı sığorta növləri üzrə çox da sərt azalma və ya artımların olacağı gözlənilmir

© Report/Elchin Murad — Rəşad Əhmədov

İkinci rübün sonuna Azərbaycandaicbarı sığorta növləri üzrəçox da sərt azalma və ya artımların olacağı gözlənilmir.

Bu barədə "Report"a müsahibəsində İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib.

"Mülayim templərin olacağı gözlənilir. "Yaşıl kart"avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası iləəlaqədar analizlər apararkən sığortalıların sayında çox kiçik həcmdə azalma müşahidə etdik. Sığorta müqavilələrin sayında isə daha kiçik bir azalma var idi. Çünki ölkədən yük daşıyan nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat növlərinin giriş-çıxış qadağası var. Yük nəqliyyat vasitələrinin sığortalanmasında isə artım olub. Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarında bu ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,6% və 5,3% artım qeydə alınıb", - İSB-nin icraçı direktoru bildirib.

R.Əhmədov avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə gözləntiləri bölüşüb:

"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında da hərəkətlərin mülayim olacağını düşünürük. Çünki bu bir icbari sığorta növüdür və xüsusilə pandemiya ilə əlaqədar tədbirlərin yumşalması nəqliyyat vasitələrinin daha çox istifadə edilməsinə səbəb olacaq. Bu da icbari sığortaya olan tələbin azalmış hissəsinin təkrar bərpa edilməsinə səbəb olacaq. Nəqliyyat vasitəsini istifadə etmirsinizsə, bu o deməkdir ki, məsuliyyətinizin əmələ gəlmə ehtimalı yoxdur və siz sığorta təminatını almaya bilərsiniz. Ona görə də istifadə olunmayan nəqliyyat vasitələri ilə əlaqədar sığorta təminatının alınmaması sığorta haqlarında müəyyən azalmaya səbəb ola bilər. Lakin karantin qaydalarının yumşaldılması ilə birlikdə bu göstəricinin köhnə vəziyyətə gəlib çatacağını deyə bilərik".

İSB-nin icraçı direktorunun sözlərinə görə, pandemiya ilə əlaqədar sığorta şirkətlərinin fəaliyyətinə kəskin bir mənfi təsirin olacağı gözlənilmir:

"Pandemiya ilə əlaqədar sığorta şirkətlərinin fəaliyyətinə kəskin bir mənfi təsirin olacağını gözləmirik. Çünki bununla əlaqədar Mərkəzi Bank tərəfindən önləyici tədbirlər də həyata keçirilib. Mərkəzi Bank ayrımalardan imtina etdi, İSB-yə ödənilən üzvlük haqqının30 sentyabr tarixinə qədər ertələnməsi ilə bağlı bizə tövsiyə verdi. Biz də bu tövsiyəyə uyğun olaraq, üzvlərimiz olan sığorta şirkətlərinə məktub göndərib müsbət rəyimizi bildirdik. İcbari sığorta növləri üzrətəqvim haqlarının ödənişi ilə əlaqədar ertələmələr oldu. Bunlar hamısı önləyici tədbirlərdir. Əminəm ki, bu tədbirlər canlanmanın ortaya çıxmasına xidmət edəcəkdir".

"Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri onlayn hərracda like
  • 22 May 15:59  
Digərləri "Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri onlayn hərracda

"Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri hərracda

arrow Ətraflı
AzTV-də yanacaq oğurluğu edən 9 sürücü işdən çıxarılıb like
  • 22 May 15:57  
Siyasət AzTV-də yanacaq oğurluğu edən 9 sürücü işdən çıxarılıb

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmi

arrow Ətraflı
"AGBank" və "NBC Bank"dakı əmanətlərin qaytarılmasına iyunun 16-da başlanılacaq like
  • 22 May 15:51  
İqtisadiyyat "AGBank" və "NBC Bank"dakı əmanətlərin qaytarılmasına iyunun 16-da başlanılacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu

arrow Ətraflı
Danışıqların faydası qaldımı? like
  • 22 May 15:50  
Siyasət Danışıqların faydası qaldımı?

Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 21-də işğal altındakı

arrow Ətraflı
Şimali Koreya ÜSTə dəstək verdi like
  • 22 May 15:49  
Dünya Şimali Koreya ÜSTə dəstək verdi

Ümumdünya Səhiyyə Assambleyasına qatılan Şimali Koreya heyəti COVID-19 p

arrow Ətraflı
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib like
  • 22 May 15:47  
Siyasət Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev

arrow Ətraflı
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib like
  • 22 May 15:45  
Siyasət Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbaye

arrow Ətraflı
“TBC Kredit” BOKT-nin xalis mənfəəti 7 dəfə azalıb like
  • 22 May 15:45  
İqtisadiyyat “TBC Kredit” BOKT-nin xalis mənfəəti 7 dəfə azalıb

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 248 min

arrow Ətraflı
İspaniyada son 2 ayda ilk yaşandı like
  • 22 May 15:44  
Dünya İspaniyada son 2 ayda ilk yaşandı

İspaniyada martın 16-dan sonra ilk dəfə son sutka ərzində koronavirusdan

arrow Ətraflı
Ukrayna pandemiya ilə mübarizədə yardıma görə Azərbaycana təşəkkür edib like
  • 22 May 15:42  
Siyasət Ukrayna pandemiya ilə mübarizədə yardıma görə Azərbaycana təşəkkür edib

Azərbaycan koronavirusla mübarizə aparmaq üçün Ukraynanı 23 ton humanitar

arrow Ətraflı
Çin Xalq Respublikasının Sədri Prezident İlham Əliyevi təbrik edib like
  • 22 May 15:40  
Siyasət Çin Xalq Respublikasının Sədri Prezident İlham Əliyevi təbrik edib

Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Respublikasının P

arrow Ətraflı
Ovçu yeddi nəfəri güllələyib öldürdü like
  • 22 May 15:39  
Dünya Ovçu yeddi nəfəri güllələyib öldürdü

Ukraynanın Jitomır vilayətində faciə yaşanıb.

arrow Ətraflı
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib like
  • 22 May 15:38  
Siyasət Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov&“Ramazan bayramı” müna

arrow Ətraflı
Böyük Britaniyaya səfər edənlər iki həftəlik karantinə alınacaq like
  • 22 May 15:34  
Dünya Böyük Britaniyaya səfər edənlər iki həftəlik karantinə alınacaq

Böyük Britaniya hökuməti xaricdən gələnlərin iki həftə müddətində k

arrow Ətraflı