Dövlət Komitəsi: Oğuzda itkin düşən oğlanın ölümünü nəzarətdə saxlayırıq


Sosial 22 May 2020 16:41:48 247 0

Dövlət Komitəsi: Oğuzda itkin düşən oğlanın ölümünü nəzarətdə saxlayırıq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Oğuzda itkin düşən 12 yaşlı uşağın vəfatından təəssüfləndiyini bildirir.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Oğuz rayonundaitkin düşən 12 yaşlı uşağın vəfatından təəssüfləndiyini bildirir".

"Report" xəbər verir ki, bu barədəDövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə ilə bağlıOğuz Rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqə saxlanılıb:"Komissiyadan məsələ ilə bağlı istintaq getdiyi barədə məlumat verilib. Məsələ hazırda Dövlət Komitəsinin nəzarətindədir və səlahiyyətləri daxilində faktın araşdırılması istiqamətində iş aparılır.Bir daha valideynləri və cəmiyyəti uşaqlara qarşı diqqətli və məsuliyyətli olmağa çağırırıq".