Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq


Digərləri 22 May 2020 16:39:00 160 0

Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

"AMEA Dilçilik İnstitutu Azərbaycan dilində sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğəti hazırlamağı planlaşdırır".

Son.az xəbər verir ki, bunu Trend-ə institutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

İnstitut direktoru əlavə edib ki, lüğətin bu ilin sonunadək hazırlanması nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejiminə görə bu iş ləngiyə bilər:

"Buna görə də lüğətin nə zaman hazır olacağını konkret söyləyə bilmərəm. Amma lüğətin hazırlanması üçün işçi qrup yaradılıb və müəyyən planlar tərtib edilib".