"Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri onlayn hərracda


Digərləri 22 May 2020 15:59:00 207 0

"Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri onlayn hərracda

"Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri hərracda 33 min funt sterlinqə satılıb. Həmçinin "Sirlər otağı" və "Azkaban məhbusu" kitablarının nadir nüsxələri hərraca çıxarılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, koronavirus məhdudiyyətlərinə görə alıcılar beynəlxalq hərracda onlayn iştirak ediblər.

"Harri Potter və fəlsəfə daşı" kitabı ilk dəfə 1997-ci ildə 500 nüsxə ilə nəşr olunub.