Böyük Britaniyaya səfər edənlər iki həftəlik karantinə alınacaq


Dünya 22 May 2020 15:34:00 178 0

Böyük Britaniyaya səfər edənlər iki həftəlik karantinə alınacaq

Böyük Britaniya hökuməti xaricdən gələnlərin iki həftə müddətində karantinə alınmasının zəruriliyi barədə qaydalar hazırlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qaydalar iyunda qüvvəyə minəcək.

Qeyd olunur ki, Böyük Britaniyaya gələn əcnəbi vətəndaşlar müvafiq məlumatları, o cümlədən yaşayacaqları ünvanı təqdim etməli və həmin ünvanda iki həftə müddətində özünütəcrid qaydalarına əməl etməlidir.

Bu qaydaların pozulmasına görə min funt sterlinq məbləğində cərimə tətbiq olunacaq.