Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib


Siyasət 22 May 2020 15:02:00 151 0

Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkənizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamı tərəfindən qəbul edilir. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdə duran məsələlərin həllində əhəmiyyətli rol oynayır.

Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Əminəm ki, biz birgə səylərimizlə ikitərəfli strateji tərəfdaşlığın, konstruktiv əməkdaşlığın bütün istiqamətlərdə bundan sonra da inkişafını təmin edəcəyik. Bu proses, şübhəsiz, bizim dost xalqlarımızın köklü maraqlarına cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına rifah və tərəqqi arzulayıram".