Mahmud Abbas Azərbaycan Prezidentini təbrik edib


Siyasət 22 May 2020 15:18:53 165 0

Mahmud Abbas Azərbaycan Prezidentini təbrik edib

Fələstin Dövlətinin Prezidenti,&Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas&Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Fələstin Dövlətinin Prezidenti,Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud AbbasAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Allah-Təaladan Sizə, ölkənizə və xalqınıza xeyir-bərəkət, tərəqqi, dünyanın bütün xalqlarına isə koronavirus bəlasından və bütün digər bəlalardan sağ-salamat çıxmağı arzulayıram.

Xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edin".