"Ölmək istəmirəm"


Şou-biznes 22 May 2020 14:54:00 237 0

"Ölmək istəmirəm"

Xalq artisti Könül Xasıyevanın səhhətində yenidən problem yaranıb.

Son.az axşam.az-a istinadən bildirir ki, hazırda Şəkidə olan xanəndə müalicələrini davam etdirdiyini vurğulayıb.

Xasıyeva sistem vurdurarkən fotosunu İnstaqramda paylaşıb. O, şəklinə "Allahın yazısına pozu yoxdur. Amma Kazımın (oğlu - red.) toyunu görmədən ölmək istəmirəm" sözlərini yazıb.

Qeyd edək ki, muğam ifaçısı onurğa iflicindən əziyyət çəkir. K.Xasıyeva bir müddət əvvəl açıqlamasında dəhşətli ağrıları olduğunu demişdi.