Ukrayna koronavirusa mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür edib


Siyasət 22 May 2020 14:57:00 155 0

Ukrayna koronavirusa mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür edib

Ukrayna Azərbaycandan 23 ton humanitar yük əldə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ukraynanın səhiyyə nazirinin müavini İrina Mikiçak deyib.

Onun sözlərinə görə, humanitar yük Ukraynaya mayın 21-də çatıb.

Bu yükün tərkibində 100 min qoruyucu maska və geyimlər, 5 min kombinezon, təmassız termometrlər, sanitayzerlər və digər tibbi avadanlıqlar yer alıb.

Nazir müavini bildirib ki, humanitar yük Azərbaycanla Ukrayna arasındakı razılaşmalar, xüsusilə də mart ayında ölkə prezidentləri arasında baş tutmuş telefon danışığı çərçivəsində çatdırılıb:

"Biz Prezident Ofisi, Xarici İşlər Nazirliyindən həmkarlarımız, eləcə də Azərbaycandakı səfirimizlə birgə humanitar yükü aldıq və koronavirus pandemiyasında Ukrayna xalqına göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq və hörmətimizi ifadə edirik".