Ötən il ASAN-larda 412 əsassız imtina halı qeydə alınıb


Siyasət 22 May 2020 14:43:40 144 0

Ötən il ASAN-larda 412 əsassız imtina halı qeydə alınıb

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə edilən 72 123 müraciətdən əsaslandırılaraq imtina edilib

ASAN Xidmət

Ötən il “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə edilən 72 123 müraciətdən əsaslandırılaraq imtina edilib (0,8 faiz).

“Report”un əldə etdiyi məlumata görə, 656 590 müraciət üzrə isə informasiya xidməti (xidmətlərin təşkili və göstərilməsi barədə məlumatların verilməsi) göstərilib (7,1 faiz).

2019-cu ildə 412 əsassız imtina halı qeydə alınıb.

Ümumilikdə, fəaliyyətə başladığı gündən “ASAN xidmət”, “ASAN Kommunal” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə 35 410 334 müraciət daxil olub, onlardan 33 119 636 müraciət xidmətlə təmin edilib.