XİN başçısı: “Gürcüstan-Ukrayna münasibətlərində ciddi problemlər yaranıb”


Dünya 22 May 2020 14:25:18 171 0

XİN başçısı: “Gürcüstan-Ukrayna münasibətlərində ciddi problemlər yaranıb”

“Mixeil Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyinatı ikitərəfli münasibətlərdə ciddi problemlər yaradıb”.

David Zalkaliani

“Mixeil Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyinatı ikitərəfli münasibətlərdə ciddi problemlər yaradıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani deyib.

Nazirin sözlərinə görə, buna baxmyaraq, strateji tərəfdaş olan Ukrayna ilə münasibətlər davam etdirilir: “Ukrayna ilə strateji münasibətlərə yenidən baxılmayacaq. Lakin bu vəziyyət ikitərəfli münasibətlərdə ciddi problemlər yaradıb və bu münasibətləri necə davam etdirəcəyimiz barədə təhlil apramalıyıq”.

D.Zalkaliani qeyd edib ki, Ukraynadakı səfir Teymuraz Şaraşenidzenin Gürcüstanda məcburi karantin müddəti mayın 25-də başa çatır: “Diplomatla həmin tarixdə Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparılacaq”.