Selfi ilə hemoqlobini ölçən proqram hazırlandı


Sosial 22 May 2020 13:10:51 173 0

Selfi ilə hemoqlobini ölçən proqram hazırlandı

Alimlər smartfon kamerasını hiperspektral tomoqrafa çevirən proqram təminatından istifadə ediblər

ABŞ-ın İndianapolis Universitetinin araşdırmaçıları smartfonla çəkilmiş şəkil vasitəsilə hemoqlobini ölçən proqram hazırlayıblar.

“Report” xəbər verir ki, bu barədə məlumat “OSA Publishing”də yer alıb.

Məlumata görə, alimlər smartfon kamerasını hiperspektral tomoqrafa çevirən proqram təminatından istifadə ediblər.

Bildirilib ki, pilot araşdırma smartfon vasitəsilə müayinənin xəta etmə ehtimalının 5-10% civarında olduğunu göstərib.