Türkiyədən gətirilən azərbaycanlı tələbə aeroportdan əməliyyata aparılacaq - EKSKLÜZİV


Sosial 22 May 2020 12:51:48 132 0

Türkiyədən gətirilən azərbaycanlı tələbə aeroportdan əməliyyata aparılacaq - EKSKLÜZİV

Bu gün Türkiyədən Azərbaycana təxliyə ediləcək soydaşlarımız arasında əməliyyatı zəruri olan tələbə də var.

Bu günTürkiyədən Azərbaycana təxliyə ediləcək soydaşlarımız arasında əməliyyatı zəruri olan tələbə də var.

Bu barədə "Report"un yerli bürosuna açıqlamasındaAzərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova məlumat verib.

Onun sözlərinə görə,Türkiyənin Denizli şəhərindəki Pamukkale Universitetində Fizoterapiya ixtisası üzrə təhsil alanMəhi İlyaslıyaürək qapaq çatışmazlığı diaqnozu qoyulub.

"Məhi İlyaslımənə müraciət edərək əməliyyat edilməsinin vacib olduğunu və bu səbəbdən də Vətənə göndərməyimizi xahiş etdi. Təbii ki, tələbəmizin Azərbaycan göndərilməsi üçün bütün imkanlarımızı səfərbər etdik. Bu barədə səfirliyimizə məlumat verdim, onların vasitəsilə Azərbaycan Xarici işlər Nazirliyinə və Təhsil Nazirliyinə məlumatları ötürdüm. Onlar da, öz növbəsində, tələbəmizin Azərbaycana getməsi üçün bütün dəstəklərini verdilər. Ona görə dətələbəmiz hava limanından birbaşa xəstəxanaya aparılacaq və inşallah tezliklə sağlamlığına qovuşaraq təhsilinə davam edəcək”, - N.Nəsibova deyib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" (AZAL) bu günİstanbulun yeni hava limanından növbəti çarter reysi həyata keçirəcək vəümumilikdə 174 nəfər Azərbaycan vətəndaşının təxliyəsi baş tutacaq.

Müxbir: Vüsalə Abbasova