Bakıda polis vətəndaşların hərarətini ölçür - VİDEO


Sosial 22 May 2020 12:14:51 159 0

Bakıda polis vətəndaşların hərarətini ölçür - VİDEO

Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı tədbirlər davam etdirilir.

Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı tədbirlər davam etdirilir.

“Report”un xəbərinə görə, paytaxtda polis əməkdaşları hərəkətin intensiv olduğu, insanların daha çox toplaşdığı ərazilərdə, metrostansiyaların qarşısında vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər.

Belə ki, insanlarla təmas zamanı 2 metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.

Bundan başqa, polislər metropoliten stansiyalarının girişlərindəsərnişinlərin hərarətini yoxlanılyırlar.

Həmçinin, polis əməkdaşları tərəfindən maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylanılıb.