Göygölün İcra başçısı vəzifəsindən azad edildi SƏRƏNCAM


Siyasət 22 May 2020 12:19:00 128 0

Göygölün İcra başçısı vəzifəsindən azad edildi  SƏRƏNCAM

Prezident İlham Əliyev A.A.Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".