BakıSumqayıt yolunda inşa ediləcək yeni tunelin layihəsi tamamlanıb


Digərləri 22 May 2020 12:04:00 149 0

BakıSumqayıt yolunda inşa ediləcək yeni tunelin layihəsi tamamlanıb

Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı tədbirlər çərçivəsində tikilməsi planlaşdırılan yeni tunelin layihəsi hazırlanıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurumun rəsmisi bildirib ki, bununla bağlı layihə tamamlanaraq təsdiqlənməsi üçün aidiyyəti qurumlara təqdim edilib:

"Layihə təsdiqlənən kimi tunelin tikintisi ilə bağlı işlərə start veriləcək. Tunel Bakı-Sumqayıt yolundan paytaxta girişdə tıxacların qarşısını almaq üçün nəzərdə tutulub. Tikilməsi planlaşdırılan tunel Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yanından Bakı Dairəvi -1 avtomobil yolunun altından keçməklə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsinə çıxacaq. Bu da günün pik saatlarında Bakı şəhərinə Moskva prospektindən axının qarşısını alacaq".