Gürcüstanda koronavirusa yoluxanların 68%-i sağalıb


Dünya 22 May 2020 11:53:13 131 0

Gürcüstanda koronavirusa yoluxanların 68%-i sağalıb

“Gürcüstanda indiyədək koronavirusa 45 707 mümkün yoluxma halı araşdırılıb, 723 yoluxma faktı təsdiqlənib”.

“Gürcüstanda indiyədək koronavirusa 45 707 mümkün yoluxma halı araşdırılıb, 723 yoluxma faktı təsdiqlənib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, son 10 gün ərzində ölkədə xəstəlikdən sağalanların sayı yoluxanların sayını ciddi şəkildə üstələyib: “Bu, yaxşı göstəricidir. Hazırda 216 pasiyent müalicəsini davam etdirir. 495 nəfər və yaxud yoluxanların 68%-i artıq müalicə olunaraq sağalıb”.

A.Qamkrelidze qeyd edib ki, bu gündən Bolnisi və Telavi bələdiyyələrində təsadüfi seçim prinsipi üzrə koronavirusla bağlı testdən keçirilmə prosesinə başlanılıb.