Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu


Digərləri 22 May 2020 11:14:00 181 0

Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu

Bakıda ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 21-də paytaxtın Nəsimi rayonu, S.Əsgərov küçəsində qeydə alınıb. Həmin küçədə hərəkətdə olan "Hyundai" markalı avtomobil Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü A.Hüseynovu vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.