“Nissan" 20 min işçisini ixtisar edəcək


İqtisadiyyat 22 May 2020 11:17:44 159 0

“Nissan" 20 min işçisini ixtisar edəcək

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Nissan Motor” şirkəti xərclərini azaltmaq məqsədi ilə 20 min işçisini ixtisar etməyə hazırlaşır

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Nissan Motor” şirkəti xərclərini azaltmaq məqsədi ilə 20 min işçisini ixtisar etməyəhazırlaşır.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, ixtisarlar əsasən şirkətin Avropa və inkişaf etməkdə olan ölkələrdəki müəsisələrində və nümayəndəliklərində aparılacaq.

Prosesə “Nissan”ın gələn həftəorta müddətli strategiyasını elan etdikdən sonra start veriləcəyi bildirilir.

Xatırladaq ki, son 3 ildə "Nissan" gəlirlərini ardıcıl olaraq artırsa da,koronavirus (COVID) pandemiyası şirkətin maliyyə vəziyyətinə mənfi təsir edib.