Ermənistanda koronavirusdan ölənlərin sayı 74-ə yüksəldi


Dünya 22 May 2020 10:55:34 161 0

Ermənistanda koronavirusdan ölənlərin sayı 74-ə yüksəldi

Bunu Ermənistanın Səhiyyə Nazirliyi açıqlayıb

Ermənistanda daha 322 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 928-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 74-ə çatıb.

Bildirilib ki, indiyədək 2 874 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 952 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 334 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.