"Bunun şəklini çəkib internetdə paylaşanda hərbi sirri açıqlayırsınız"


Digərləri 22 May 2020 10:11:00 140 0

"Bunun şəklini çəkib internetdə paylaşanda hərbi sirri açıqlayırsınız"

"Biz deyə bilərik ki, Azərbaycan uzun müddətdir torpaqlarını qaytara bilmir".

Son.az xəbər verir ki, bu sözləri hərbi ekspert Heydər Mirzə İctimai Televiziyanın efirində yayımlanan 3D verilişində deyib.

"Amma, biz bu məsələyə digər tərəfdən də yanaşa bilərik. Deyə bilərik ki, Azərbaycan artıq 30 ildir ki, torpaqlarının itirilməsi ilə barışmır. Bu, məsələyə tam fərqli bir rəng və ton verir. Bu bəyanatlar bizim barışmazlığımızı hər dəfə nümayiş etdirir"

O, bildirib ki, ordumuz müharibəyə tam hazırdır: "Bunu aprel döyüşləri də sübut etdi".

Ekspert hərbi sirrin pozulması və dezinformasiyalar barədə danışarkən pop-art, şoubiznes sahəsində olan düşüncənin burada qadağan olduğunu söyləyib.

"Kimsə tankı və ya raket artilleriya sistemini magistralla cəbhə istiqamətində irəliləyərkən görə bilər, lakin, siz bunun şəklini çəkib internetdə paylaşanda hərbi sirri açıqlayırsınız. Bu, yolverilməzdir".

Bəxtiyar Umarlı Son.az