Abşeron dairəvi dəmir yolu xəttinin rentabelliyini necə artırmaq olar? - ŞƏRH


İqtisadiyyat 22 May 2020 09:56:54 49 0

Abşeron dairəvi dəmir yolu xəttinin rentabelliyini necə artırmaq olar? - ŞƏRH

Bu ilin martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub.

Bu ilin martın 18-də Abşeron dairəvi dəmir yolu xəttininPirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Bununla da, uzunluğu 198 km olandairəvi yoltam istismara verilb. Son nəticədə Bakının ətrafında yaşayam və paytaxta işləmək üçün gələn insanların işi asanlaşıb.Bəs Abşeron dairəvi dəmir yolu xəttinin rentabelliyini necə artırmaq olar? Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov şərh verib.

“Dairəvi yolla yük də daşımaqmümkündür”

Onun sözlərinə görə, Abşeron dairəvi dəmir yolu xəttininrentabelliyini artırmaq üçün ilk növbədə bölgədə iqtisadi fəallıq artırılmalıdır:“Bu məsələdəancaq yükdaşımalardan nəsə gözləməliyik. Sərnişin daşımaları ilə bağlı rentabelliyinin artırılması ancaq tariflərin artımı ilə mümkün ola bilər. Hazırkı şəraitdə tariflərin artırılmasına getmək yolverilməzdir. Əsas rentabellik mənbəyi kimi məhz təsərrüfat subyektlərinin fəaliyyətinin gücləndirilməsi, iqtisadi fəallığın artımı olmalıdır ki, bunun vasitəsi ilə biz dövriyyənin artımına nail ola bilərik. Koronavirus pandemiyasına görə dünyada və ölkədə iqtisadi fəallıq kəskin şəkildə zəifləyib. Çıxış yolu kimi isə investisiyaların artırılması mühüm əhəmiyyət kəsb edir. İnvestisiyaların artımı nöqteyi nəzərdən də əsas potensial imkanlar özəl investisiyaların artımı ilə bağlıdır. Özəl investisiyaların artımı üçün isə kreditləşmə yumşalmalıdır ki, ölkədə daxili kredit formalaşsın. Daxili kreditin formalaşması ilə özəl investisiyaların artımına nail ola bilərik. Özəl investisiyaların artımı iqtisadi artım deməkdir. İqtisadi artıma nail olsaq, bu, nəqliyyat,logistika sahəsində fəallığın yüksəlməsinə şərait yaradacaq. Bunun vasitəsilə dövriyyəni artırmaq və yükdaşımanın rentabelliyini daha yüksək səviyyəyə qaldırmaq mümkündür. Hazırda Abşeron dairəvi dəmir yolu xəttində ancaq sərnişin daşıma həyata keçirilir. Tələb olsa, yük daşımada həyata keçirmək mümkündür. Yük daşımalar ona görə həyata keçirilmir ki, tələb yoxdur. İşgüzar fəallıq aşağı səviyyədədir. İqtisadiyyatımızda istehsalat sahələri daxili bazara yönələrsə, o zaman yük daşımaları da artacaq. İstehlak bazarında idxal üstünlük təşkil edirsə, o zaman ölkədaxili yükdaşımaları şübhəsiz ki, artmayacaq. Bakı ətrafında sənaye prosesləri inkişaf etsə, o zaman sənaye müəssələrinin yüklərinin Bakıya əsas satış bazarına yönəlməsi, artıq kəskin şəkildə iqtisadi dinamikaya müsbət təsir edəcək.

İqtisadçı-ekspert Elşad Məmmədov

“Kəskin şəkildə əlavə dəyər yaradacağıq”

E.Məmmədov qeyd edib ki, Azərbaycan sovet ittifaqı çərçivəsində güclü şəkildə neft sənayesi ilə məşhurlaşmışdı: “Azərbaycanda neft emalı kəskin şəkildə ilbəil artırdı. Bu, müsbət təcrübədir. Ölkədə hasil edilən neftin təqribən 80%-dən çoxu ixrac edilir. Neft sənayesinə, neftin emal edilməsinin genişləndirilməsinə investisiyalar yatırsaq, istehsal müəssələrinin Bakı ətrafında yaradılmasına nail olsaq, burda işgüzar fəallıqla bağlı artım olacaq. Burda bizim rəqabət üstünlüklərimiz var. Neftin daşınması ilə bağlı ciddi xərclər ortaya çıxmayacaq. Digər tərəfdən çoxlu sayda iş yerləri aça biləcəyik. Kəskin şəkildə əlavə dəyər yaradacağıq. Əlavə dəyərin də daşınması başqa tariflərlə olacaq. Hazır məhsulu daşıyanda başqa tariflər olacaq. Belə olduqda isə “Azərbaycan Dəmir Yolları” QSC mənfəətini kəskin şəkildə artırmış olacaq. İqtisadiyyatda dayanıqlı və balanslaşdırılmış inkişaf olmalıdır ki, nəqliyyat sektorunun inkişafı olsun. Dövlət nəqliyyat sektorunun inkişafına əhəmiyyətli investisiyalar yatırdı".

O əlavə edib ki, ölkə daxili sərnişin daşımaları bir sıra hallarda rentabelli olmur: “Biz bunu metronun timsalında görürük. Dövlət bir sıra hallarda həmin operatorlara və şirkətlərə subsidiyalar edir. Yəni, onlar təsərrüfatlarını qura bilsinlər. Abşeron dairəvi dəmir yolunun açılması ilə maliyyə axının olmasına inanmaq sadəlövlük olardı.Faktiki olaraq nəqliyyat infrastrukturunun gəlirliyi yükdaşımadandır. Lakin dövlət tək mənfəət əldə etmək funskiyası yoxdur, sosial funksiyası var ki, əhalisinin sərbəst hərəkət etməsi üçün infrastruktur yaradsın. Dövlətin bu infrastruktunun yaratması müsbət haldır ki, əhalinin rahatlığını təmin edə bilir, əhali daha tez şəkildə öz iş yerlərinə çata bilir. Bu nöqteyi nəzərdən dövlət uduzmur, əhalinin bu infrastrukturdan istifadə etməsi əhalinin əməyinin məhsuldarlığına xidmət edir. Ona görə bu infrastruktur vacib idi. Dövlət bura vəsait yerləşdirməli idi. Amma kapital qoyuluşlarının effektivliyini də unutmaq olmaz. Bu kapital qoyuluşu iqtisadi cəhətdən effekt versin ki, gələcəkdə bu infrastrukturun saxlanması ilə bağlı xərclər olacaq. Amartsizasiya xərcləri olacaq. Ona görə kapital effektiv şəkildə yerləşdirilməlidir. Kapital qoyuluşlarının effektivliyinin təmin edilməsi üçün aktiv iqtisadi sistem tarazlı inkişaf etməlidir ki, qoyulan vəsiat geri qayıtsın.

Cəbhəboyu zonada daha bir hərbi hissə istifadəyə verilib - VİDEO like
  • 22 May 09:55  
Siyasət Cəbhəboyu zonada daha bir hərbi hissə istifadəyə verilib - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbə

arrow Ətraflı
ÜST: Azərbaycanda koronavirusla mübarizəyə əlavə həkimlər cəlb oluna bilər like
  • 22 May 09:54  
Sosial ÜST: Azərbaycanda koronavirusla mübarizəyə əlavə həkimlər cəlb oluna bilər

"REACT-C19 layihəsinin yekunları gələn ay təhlil olunacaq və əgər ehtiya

arrow Ətraflı
Bakıda zəncirvari qəza: Maşın beş avtomobilə çırpıldı like
  • 22 May 09:49  
Digərləri Bakıda zəncirvari qəza: Maşın beş avtomobilə çırpıldı

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Heydər Əliyev Fondunun nümayəndəsi REACT-C19 layihəsindən danışdı like
  • 22 May 09:44  
Sosial Heydər Əliyev Fondunun nümayəndəsi REACT-C19 layihəsindən danışdı

"REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşilatlarla uğur

arrow Ətraflı
“Sizin kimi insanlar dünyanı altüst edir” like
  • 22 May 09:44  
Digərləri “Sizin kimi insanlar dünyanı altüst edir”

Türkiyəli müğənni Merve Özbəy sosial şəbəkədə üsyan edib.

arrow Ətraflı
BMT dünyada yalan informasiya yayanlara qarşı mübarizəyə başlayıb like
  • 22 May 09:39  
Siyasət BMT dünyada yalan informasiya yayanlara qarşı mübarizəyə başlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) COVID-19-la əlaqədar artmaqda olan

arrow Ətraflı
Oğuzda 13 yaşlı yeniyetmə itkin düşüb like
  • 22 May 09:39  
Digərləri Oğuzda 13 yaşlı yeniyetmə itkin düşüb

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 13 yaşlı yeniyetmə itkin dü

arrow Ətraflı
Bakının Moskva prospektində yeni park salınacaq like
  • 22 May 09:35  
İqtisadiyyat Bakının Moskva prospektində yeni park salınacaq

Bakının Moskva prospektində yeni park salınacaq

arrow Ətraflı
“Dayanmayın, rədd olun” like
  • 22 May 09:34  
Şou-biznes “Dayanmayın, rədd olun”

Müğənni Günel Zeynalovanın yeni görünüşünü tənqid edən izl

arrow Ətraflı
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək like
  • 22 May 09:31  
Siyasət Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini

arrow Ətraflı
30 nömrəli marşrut xətti üzrə "BakuBus" avtobusları işləyəcək like
  • 22 May 09:28  
İqtisadiyyat 30 nömrəli marşrut xətti üzrə "BakuBus" avtobusları işləyəcək

Bu çərçivədə “Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30

arrow Ətraflı