Suraxanı bazarı səhmdarlarına dividend ödəyəcək
İqtisadiyyat 22 May 2020 09:16:12 141 0
İyulun 8-də, saat 11:00-da “Suraxanı Bazar” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
İyulun 8-də, saat 11:00-da “Suraxanı Bazar” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq bazarın yerləşdiyiBakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 7 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Suraxanı Bazar”ın ötən ilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, səhmdarlaradividend ödənilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki,“Suraxanı Bazar” 19 dekabr2000-ci ildə yaradılıb.Onun nizamnamə kapitalı təxminən 43 min manatdır.
Mənbə: report.az