Bakıda zəncirvari qəza: Maşın beş avtomobilə çırpıldı


Digərləri 22 May 2020 09:49:00 156 0

Bakıda zəncirvari qəza: Maşın beş avtomobilə çırpıldı

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan beş avtomobilə çırpılıb. Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb. 

Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.