Təlimlərdə qoşunlar gecə vaxtı tapşırıqları icra ediblər


Digərləri 21 May 2020 20:09:00 142 0

Təlimlərdə qoşunlar gecə vaxtı tapşırıqları icra ediblər

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təlimlər çərçivəsində qoşunların əməliyyat təyinatı rayonlarında gecə vaxtı yerdəyişməsi icra olunub.

Qoşunlar qarşıya qoyulmuş təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.