Avstriya üç ölkə ilə sərhədləri açır


Dünya 21 May 2020 19:49:00 155 0

Avstriya üç ölkə ilə sərhədləri açır

"Avstriya hökuməti iyunun 15-dən etibarən Almaniya, Lixtenşteyn və İsveçrə ilə sərhədləri açacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin kansleri Sebastyan Kurtsa deyib.

O bildirib ki, hazırda digər həmsərhəd ölkələrlə danışıqlar davam edir.

Qeyd edək ki, Avstriya koronavirus pandemiyası ilə əlaqədar sərhədlərdə sanitar nəzarət tətbiq etmişdi.