Xalq artisti Fidan Hacıyevaya yüksək vəzifə verildi


Kriminal 21 May 2020 18:44:00 200 0

Xalq artisti Fidan Hacıyevaya yüksək vəzifə verildi

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini - mahnı ansamblının rəisi təyin edilib. 

Son.az bildirir ki, bu barədə Oxu.az-a sənətçinin özü açıqlama verib. 

F.Hacıyeva sənətinə verilən qiymətə görə, minnətdarlığını belə bildirib:

"Bu təyinata görə, Daxili Qoşunların rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Sənət insanlarına verilən qiymət bizim üçün olduqca önəmli və dəyərlidir".