Azərbaycanda üç ayda 28 mindən artıq körpə doğulub


Digərləri 21 May 2020 18:39:00 222 0

Azərbaycanda üç ayda 28 mindən artıq körpə doğulub

İlkin məlumatlara əsasən cari ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28 690 doğulan körpə qeydə alınıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,6 təşkil edib. Doğulanların 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarıdır. Körpələrin 724-ü əkiz, 21-i isə üçəm doğulanlardır.