Azərbaycanda bəzi polietilen torbaların satışı və istehsalı qadağan ediləcək


Digərləri 21 May 2020 18:10:00 171 0

Azərbaycanda bəzi polietilen torbaların satışı və istehsalı qadağan ediləcək

"Polietilen torbalardan istifadə ilə bağlı sənədlər hazırdır və dövlət qurumlarının müsbət rəyindən sonra sənədlər qüvvəyə minəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu sənədlərdəki tədbirlərin bütün müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb.

M.Babayev əlavə edib ki, 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb.