Pandemiya dövründə qanunsuz ov halları xeyli azalıb


Digərləri 21 May 2020 18:08:00 154 0

Pandemiya dövründə qanunsuz ov halları xeyli azalıb

"Azərbaycanda pandemiya dövründə qanunsuz ovların sayında xeyli azalma olub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda bu sahəyə ciddi nəzarət edilir:

"Karantin dövründə bəzi şəxslərin təbiət ərazilərinə nəzarət etməməsi səbəbindən, xüsusən də qanunsuz ov, brakonyerliyin artması halları bir sıra ölkələrdə müşahidə edilir. Məsələn, Nepalda, Cənubi Amerika ölkələrində bu hallar ciddi bir ekoloji fəsad kimi qeyd olunur. Azərbaycanda isə bu sahədə balanslaşmış siyasət aparılır. Pandemiya dövründə ətraf mühitin digər sahələri kimi, qanunsuz ovda da ciddi azalma müşahidə edilib".