Baş Prokurorluğun Kadrlar İdarəsinə yeni rəis təyin edilib


Digərləri 21 May 2020 17:59:00 189 0

Baş Prokurorluğun Kadrlar İdarəsinə yeni rəis təyin edilib

Baş Prokurorluğun Kadrlar İdarəsinə yeni rəis təyin edilib.

Son.az xəbər verir ki, Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılıb.

Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.