Gürcüstanla Türkiyə arasında qarşılıqlı səfərlərin bərpası müzakirə edilib


Dünya 21 May 2020 16:34:58 174 0

Gürcüstanla Türkiyə arasında qarşılıqlı səfərlərin bərpası müzakirə edilib

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyla onlayn formatda görüş keçirib.

Natia Turnava

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyla onlayn formatda görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, nazirlər iki ölkə arasında yerüstü və hava əlaqəsinin təhlükəsiz şəraitdə bərpasına hazırlıq məsələlərini müzakirə ediblər.

N.Turnava qeyd edib ki, Gürcüstan və Türkiyə arasında əlaqələr kifayət qədər möhkəmdir və qarşılıqlı hərəkət hər zaman fəal olub.

Görüşdə “Türk Hava Yolları” aviaşirkətinin Gürcüstana uçuşları bərpa etməyə hazırlığı məsələsi də nəzərdən keçirilib.