DOST mərkəzləri üçün avtomobillər alınıb


İqtisadiyyat 20 May 2020 17:51:13 176 0

DOST mərkəzləri üçün avtomobillər alınıb

DOST mərkəzləri üçün avtomobillər alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus "Dost İş Mərkəzi" MMC 2 və 3 saylı Bakı DOST Mərkəzlərinin fəaliyyətinin vaxtlı-vaxtında icra edilməsi üçün avtomobil nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azərmaş" MMC-dir.

Qalib şirkətə 31,4 min manat ödəniləcək.