45 yaşında ilk dəfə ata olacaq


Digərləri 20 May 2020 17:49:00 109 0

45 yaşında ilk dəfə ata olacaq

"Joker" filmində canlandırdığı Artur Flek obrazı ilə "Ən yaxşı kişi aktyor" nominasiyası üzrə Oskar mükafatı alan aktyor Xoakin Foeniks ata olmağa hazırlaşır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 45 yaşlı amerikalı sənətçinin nişanlısı Runey Maranın 6 aylıq hamilə olduğu bildirilib.

Qeyd edək ki, 35 yaşlı Mara sonuncu dəfə görüntülənəndən sonra onun hamilə olması barədə xəbərlər yayılsa da, öz təsdiqini tapmamışdı.