SOS! Azərbaycanda koronavirusdan ölənlərin çoxunda


Digərləri 20 May 2020 15:52:00 142 0

SOS! Azərbaycanda koronavirusdan ölənlərin çoxunda

"Deyir soyuqlamışdım, amma yoxlasan koronavirusa yoluxa bilər"

Dünyanı lərzəyə salan COVİD-19 yeni növ koronavirus infeksiyasının əlamətləri barədə mediada kifayət qədər materiallar dərc edilir. Hazırda boğazı qıcıqlanan, öskürən, qrip olan, nəfəs almada çətinliyi yaranan, dad-qoxu bilmə qabiliyyətini itirən əksər şəxslər koronavirus şübhəsi ilə əndişə içində yaşayırlar.

Dünyada olduğu kimi, bu virusdan ölkəmizdə də dünyasını dəyişənlər var. Bəs, Azərbaycanda koronavirusdan ölənlərdə daha çox yuxarıda sadaladığımız hansı əlamətlər aşkar edilib?

Son.az bu sualı cavablandırmaq üçün TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyevlə əlaqə saxlayıb. 

İnfeksionist 80 faiz insanın koronavirusa yoluxduğundan xəbərsiz olduğunu bildirib:

"Koronavirus əlaməti hər insanda fərqli göstərir. Qripi hər insan eyni keçirmir. Bəziləri daha ağır formada keçirir, bəziləri daha yüngül formada keçirir. Koronavirus da onun kimidir. Statistik olaraq orta hesabla yüzdə 80 faiz ehtimalla insanlar koronavirusu yüngül formada keçirir. Bəziləri heç koronavirusa yoluxduğunu belə bilmir, o dərəcədə. Yəni, heç bir temperatur olmur, başqa bir narahatlıq olmur. Cüzi temperatur ola da bilər, olmaya da bilər. Əlavə olaraq halsızlıq, yorğunluq, boğaz ağrısı, dadbilmə, iybilmənin itməsi, diareya, əzələ ağrıları kimi şikayətlər olur. Amma daha çox, əsas şikayət temperaturdur, öskürəkdir və daha ağır formalarda nəfəs darlığıdır. Hər xəstədə bu o demək deyil ki, bütün əlamətlər görünəcək. Elə bir şey yoxdur.

"Heç özü koronavirus olduğunu bilməyə də bilər"