Gələn il tarixin ən böyük fəlakəti olacaq


Dünya 20 May 2020 15:41:00 146 0

Gələn il tarixin ən böyük fəlakəti olacaq

ABŞ-ı gələn il tarixinin ən böyük sunami fəlakəti gözləyir.

Son.az xəbər verir ki, mütəxəssislər Alyaska ştatının Ankoric şəhəri ilə bağlı dəhşətli ssenarini açıqlayıb.

Belə ki, elm adamları şəhərin şərqində müvazinətsiz dağ yamacını dəstəkləyən Berri buzlağının üçdə-ikisinin əridiyini təsbit edib. Bununla birlikdə, buzlağın tamamilə əriməsi ilə minlərlə ton qaya parçası yaxınlıqdakı balıqçı qəsəbələrini yerlə yeksan edə bilər.

14 elm adamı tərəfindən imzalanan məktubda zəlzələ, isti hava dalğası və ya şiddətli yağışın bölgədə ciddi fəlakətə yol aça biləcəyi xəbərdarlığı verilib.

Geoloji Araşdırmalar Mərkəzinin direktoru Stiv Masterman Berri buzlağının sürətli şəkildə geri çəkilməsinin milyonlarla ton qayanı Şahzadə Vilhelm boğazına apara biləcəyi və dövlətin arxivinə keçən ən şiddətli sunami fəlakətinin gerçəkləşə biləcəyini söyləyib. Mütəxəssislər Ankoricdə əyriliyin yavaş-yavaş azaldığından və hər an torpaq sürüşməsinə çevrilə biləcəyindən narahatdır.